Omnitech TPS680
Monoblok TPS 680 – pərakəndə satış sahəsində əvəzolunmaz məhsuldur. İki etibarlı LCD ekrana və bir çox xarici interfeyslərə: barkod skaneri, printer, pul qutusu, POS terminalı və.s qoşulma imkanına malikdir. İncə dizayn, əlverişli qiymət və yüksək performanslı monoblok TPS 680 sizin tələblərinizə cavab verəcəkdir.
İki ekran
İncə dizayn, əlverişli qiymət və yüksək performansa malik iki ekranlı monoblok TPS 680- pərakəndə satış sahəsində əvəzolunmaz məhsuldur.
15.6' əsas ekran
Monoblokun 15.6' ölçüdə olan əsas ekranı rəqib kassalarla müqayisədə istifadə rahatlığının üstünlüyünə malikdir.
11.6' ikinci ekran
Monoblokun 11.6' ölçüdə olan ikinci ekranı müştəri məlumatları üçün nəzərdə tutulub. Bu ekran vasitəsi ilə müştəri ödəniş əməliyyatları barədə bütün məlumatları görə bilir.
Əlavə avadanlıqların qoşulması
Mövcud olan yuvalar vasitəsi ilə barkod skaner, printer, pul qutusu, POS terminal və digər avadanlıqların qoşulma imkanına malikdir.
Xüsusiyyətlər:
Əməliyyat sistemi: Android 5.1
Çipset: Quad-Core 1.8 GHz; CPU: RK3288
Yaddaş: 2GB DDR, 8GB eMMC, Ext. TF card slot (TF card support max 64GB)
Əsas ekran: 15.6 düym, 1920*1080
İkinci ekran: 11.6, 1366*768
Qəbz printeri: Portativ
SIM Slot sayı: 1 SIM
Şəbəkə parametrləri: WiFi / Bluetooth / Ethernet
İnterfeys birləşdiricilər: 4 USB, 1 micro USB, 1 RJ11, 1 RJ45, 1 audio jack
Enerji təminatı: Giriş: 100-240VAC. Çıxış: 12VDC, 3A
Akkumulyator: 7.4V / 2500mAh, Li-ion 5000 mAh
Ölçülər: 397 * 227 * 351 (mm)
İşləmə temperaturu: -5°C ~ 45°C
Saxlama temperaturu: -25°C ~ 60°C
Çəki: 3.7KG