Haqqımızda

Omnitech – pərakəndə satış, bank, maliyyə, “Fintek” və “HoReCa” kimi müxtəlif biznes sahələri üçün avadanlıq və proqram təminatının tətbiqi istiqamətində fəaliyyət göstərən innovativ şirkətdir. AR Dövlət Vergilər Xidməti tərəfindən 2019-cu ildən etibarən Omnitech şirkəti “E-Kassa Operatoru” statusu almışdır.

Omnitech şirkəti, qanunla müəyyən edilmiş tələblərə cavab verən ticarət avadanlıqlarını və müvafiq proqram təminatlarını satmaq hüququna malikdir. Hal-hazırda şirkətin təcrübəli mütəxəssisləri gələcəyin tələblərinə cavab verən qabaqcıl texnologiya və yenilikləri sahibkarlara peşəkarlıqla təklif edir. Omnitech şirkəti dünya şöhrətli brend-istehsalçıları ilə əməkdaşlıq edərək onların avadanlıqlarının regionda satışını həyata keçirir.

İşimizin əsas prinsipləri səmərəlilik, çeviklik və dəqiqlikdir. Məqsədimiz müştərilərimizə keyfiyyətli xidmətlər göstərmək və onların fəaliyyətlərini asanlaşdırmaqdır.

Partnyorlar
HRS
HRS şirkəti ilə olan əməkdaşlığımız nəticəsində Oracle Micros WS5 və Oracle Micros WS6 kassa sistemlərinin AR Vergi Xidmətinin onlayn E-kassa reyesterinə daxil edildi.
SmartHoreca
SmartHoreca, IIKO-nun Azərbaycandakı rəsmi distribyutorudur. SmartHoreca şirkəti, bizim Onlayn kassalarımızla inteqrasiya həllərini təklif edir.
BestSoft
Best Soft şirkəti, biznesin istənilən sahələrində uçot və idarəetmə proseslərini 1C proqramı üzərində bizim Onlayn kassalarımız ilə həyata keçirir.