Omnitech TPS320



Erqonomik dizayna malik 5 düymlük ekranı olan portativ onlayn kassamız Omnitech TPS320 – pərakəndə ticarət və ictimai iaşə fəaliyyət növləri üçün ideal bir seçimdir. Şirkətimiz tərəfindən təklif edilən digər məhsullarla müqayisədə, ölçüləri daha kiçik olan mobil kassanın istifadəsi səyyar ticarət üçün olduqca rahatdır. Həmçinin, sadalanan üstünlüklərlə bərabər satış qiymətinə görə öz sinifində ən əlverişli kassadır.
Zərif və yığcam
5’ düyümlük ekrana malik zərif görünüşlü kassa, sizin ödəmə qəbul məntəqənizdə az yer tutaraq satış obyektinizi tamamlayacaqdır.
Micro USB yuva
Mövcud olan 1 micro USB yuva vasitəsi ilə məlumat ötürmək və ya müxtəlif aksessuarlar əlavə etmək mümkündür. Həmçinin bu yuva, kassanın enerji doldurulması üçün uyğundur.
Kamera və LED fənər
Kassanın arxa hissəsində mövcud olan kamera Barkod və ya QR kodların skan edilməsi üçün quraşdırılmışdır. Kameranın yanında yerləşən Led fənər, qaranlıq mühitdə kodların rahat oxunmasını təmin edir.
Erqonomik dizayn və təhlükəsizlik kəməri
Erqonomik dizaynı sayəsində kassanın əldə tutulması olduqca rahatdır və satıcıların hərəkəti zamanı kassanın düşməsindən qorunması üçün arxa hissəyə kəmər tutacaq təchiz edilmişdir.
Xüsusiyyətlər:
Əməliyyat sistemi: Android 7.0
Çipset: Quad-Core 1.1GHz
Yaddaş: 1GB DDR, 8GB eMMC, Ext. TF card slot
Əsas ekran: 5 düym, TFT 720*1280
Qəbz printeri: Kağızın eni: 58 mm; F40mm
Əsas kamera: 5M Pixel, auto focus (Barcode software decoding)
SIM Slot sayı: 2 SIM
Şəbəkə parametrləri: WCDMA / GPRS / WiFi / Bluetooth
İnterfeys birləşdiricilər: 1 Micro USB
Audio: Quraşdırılıb
Enerji təminatı: 5V / 2A
Akkumulyator: 7.4V / 2500mAh, Li-ion
Ölçülər: 202 * 83 * 38 (mm)
İşləmə temperaturu: -5°C ~ 45°C
Saxlama temperaturu: -25°C ~ 60°C
Çəki: 0.48 KG