Omni Cashier Soft



Omni Cashier Soft proqram təminatı Omnitech şirkətinin peşəkar əməkdaşları tərəfindən hazırlanmışdır. Omnisoft proqramı kassa aparatlarından istifadə qaydalarının əsas funksialarını özündə cəmləşdirir və Nazirlər Kabinetinin 01.08.2019-cu il tarixli qərarına (Qərar 338) əsasən, Vergi Xidmətinin tələblərinə cavab verir. Geniş istifadəçi interfeysinə malik olan proqram müasir tələblərin həlli istiqamətində daim inkişaf etdirilir və bütün ticarət, mühasibat sistemlərinə asanlıqla inteqrasiya etmək üstünlüyünə malikdir.
OCS-un Əsas Ekranı
Omni Cashier Soft proqram təminatı, Kassa intizamına uyğun bütün funksiyalarını dəstəkləyir:

  • Parəkəndə satış funksiyası
  • İctimai iaşə funksiyası
  • Məshulların Geri qaytarma funksiyası
  • İnkassasiya funksiyası
  • Məhsulların kataloqu
  • Anbar funksiyası
  • Bərpa funksiyası
  • OCS təsnifat üzrə uyğunluğu
    Omnisoft aşağıdakı biznes fəaliyyət növlərinə uyğundur:

  • Pərakəndə ticarət
  • Topdan ticarət
  • Xidmətlərin göstərilməsi
  • İctimai iaşə funksiyası
  • Tibb xidmətləri
  • Sürətli satış imkanı
    OCS-da sürətli satış əməliyyatı mövcuddur. Qısa zaman içərisində satış uğurla icra olunur.